Sinonimlər
Sinonimlər (yun. synonimon. "eyni cür adlandırma") — linqvistikada
Sinonimlər müxtəlif cür tələffüz olunur və yazılır, ancaq eyni və ya oxşar mənaları olur. Sinonimlər nitq qabiliyyətini zənginləşdirməyə yarayır. Sinonimlər arasında oxşarlıq olsa da, sinonimlər öz fikriifadə zənginliyi, müəyyən stillə bağlılığı və işlədilmə dərəcəsinə görə fərqlənirlər. Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.Məsələn:
Hündür - uzun, Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır. Fonetik cildinə, səslənməsinə və eləcə də yazılışına görə fərqli, mənaca yaxın olan sözlərə sinonimlər deyilir. Sinonimlər eyni məfhumu ifadə edir, lakin siqnifikatına görə qismən fərqli məna çalarlığına malik olur. Eyni məfhumu ifadə etdiyinə görə, sinonimlər ümümiləşdirici mənaya malikdir.